Cengiz Ünder sıradan çıxdı - Uzun müddət oynamayacaq + Video

cengiz-under-siradan-cixdi
Oxunma sayı: 1947

Roma”nın türk futbolçusu Cengiz Ünder zədələnib.

“Qafqazinfo” xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Torino” ilə matçın 6-cı dəqiqəsində ağır zədə alaraq meydanı tərk edib.

Komandanın baş məşqçisi Eysebio Di Françesko oyundan sonra verdiyi açıqlamada Ünderin zədəsinin ciddi olduğunu deyib:

“Cengiz uzun müddət bizimlə olmayacaq. Əzələsində ciddi ağrılar var”.

Qeyd edək ki, türk futbolçu “Roma”nın heyətində 25 oyuna 6 qol vurub, 9 məhsuldar ötürmə verib.