Cennifer Lopezdən qeyri-adi - Fotosessiya

cennifer-lopezden-qeyri-adi
Oxunma sayı: 6222

Məşhur müğənni-aktrisa Cennifer Lopez yeni fotosessiyaya çəkilib.

“Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, o, bu dəfə “Harper's Bazaar” jurnalı üçün kamera qarşısına keçib.

Müxtəlif obrazlarda qeyri-adi fotosessiya etdirən müğənni sevgilisi Aleks Rodrigezdən də danışıb:

“Mən nikaha inanıram, çox istərdim qocalığımı ciddi münasibətim olan halda qarşılayım. Amma indi tələsmək istəmirəm. Biz bir-birimizi əla başa düşürük. O mənim oğlanlarımla, mən isə öz növbəmdə onun qızları ilə dil tapa bilmişəm”.