Cennifer Türkiyədə

cennifer-turkiyede
Oxunma sayı: 646

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Lopez İstanbulda noyabrın 14, 16 və 17-də konsert verməyi planlaşdırır. Müğənnini gətirən xüsusi təyyarə gecə saatlarında Atatürk hava limanında eniş edib. Lopezi aeroportda sponsor firmanın rəsmiləri qarşılayıblar.

İstanbula ailəsi ilə birgə gələn Lopez daha sonra onun üçün ayrılan otelə gedib.

Qeyd edək ki, müğənni noyabrın 11-də Moskvada “Crocus City Hall”da möhtəşəm konsertlə çıxış etmişdi.