Cenniferdən 49 yaş öpüşü... - Fotolar

cenniferden-49-yas-opusu
Oxunma sayı: 6089

49 yaşını qeyd edən müğənni Cennifer Lopez İnstaqram hesabında ad günü məclisindən fotolar paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, dünya ulduzu onu təbrik edən sevənlərinə təşəkkürünü bildirib:

“Bilmirəm, inanacaqsız, ya yox - ad günümdən sonra dünən oyana bilmişəm. Bu, uşaqlarla, bəzi ailə üzvləri və yaxın dostlarımla keçirdiyim balaca yığıncaq idi. Gecə-gündüz güldük, ağladıq və əlbəttə rəqs etdik. Dünən mənə göndərdiyiniz ad günü arzularına, sevgi sözlərinizə görə çox sevindim. Necə xoşbəxt biriyəm ki, mənim bu qədər sevənlərim və izləyicilərim var... Bilməyinizi istəyirəm ki, heç vaxt sizi bir-birinizdən ayırmaram və hamınıza təşəkkür edirəm. Ümid edirəm ki, mən həmişə sizi əyləndirə biləcəm və sizinlə birlikdə bu yolda öyrəndiklərimi sizlərlə bölüşəcəm. Bu, Allahın mənə ən böyük hədiyyəsidir. Mən sizi həmişə sevəcəm”.

Qeyd edək ki, sənətçinin sevgilisi, iş adamı Aleks Rodriqezlə olan fotolarda xoşbəxt olduğu diqqətdən qaçmayıb.