Cənubi Azərbaycan klubu Çempionlar Liqasında yenə məğlub oldu - Video

cenubi-azerbaycan-klubu-cempionlar-liqasinda-yene-meglub-oldu
Oxunma sayı: 1646

Asiya Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Təbrizin “Traktor Sazi” klubu səfərdə hollandiyalı ulduz Uesli Sneyderin formasını geyindiyi Qətərin “Əl-Qarafa” komandası ilə qarşılaşıb.

Cənubi Azərbaycan təmsilçisi rəqibinə ciddi müqavimət göstərə bilməyib və 3 cavabsız qolla məğlub olub.

Qeyd edək ki, “Traktor Sazi” ilk turda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”yə də 0-1 hesabı ilə məğlub olmuşdu.