Cənubi Azərbaycan klubu ÇL-də növbəti xalını qazandı

Cənubi Azərbaycan klubu ÇL-də növbəti xalını qazandı
Oxunma sayı: 833

Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” də bu turnirdə növbəti matçına çıxıb.

Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə doğma meydanda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” komandası ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdən 1:1 hesablı bərabərlikə ayrılıblar.

Xatırladaq ki, “Traktorsazi” ilk turda doğma meydanda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”yə 0:1, ikinci turda isə səfərdə Qətərin “Əl-Qarafa” klubuna uduzmuşdu - 0:3. Təbriz klubu ilk xalını ötən tur məhz “Əl-Cəzirə” ilə səfər oyununda qazanmışdı - 0:0.

A qrupunda yer alan “Traktorsazi” hazırda 2 xalla sonuncudur. Təbriz təmsilçisi növbəti matçını aprelin 3-də səfərdə “Əl-Əhli”yə qarşı keçirəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi