Cənubi Koreyada 27 avtomobil toqquşdu - 13 yaralı var

cenubi-koreyada-27-avtomobil-toqqusdu
Oxunma sayı: 1068

Cənubi Koreyanın Vondju şəhərinin yaxınlığında turist avtobusu və 26 minik avtomobili toqquşub.

“Qafqazinfo”Trend-ə istinadən xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində azı 13 nəfər xəsarət alıb.

Hadisə yerli vaxtla saat 18:00-da baş verib.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Qəzaya hava şəraitinin pis olmasının səbəb olduğu bildirilir.