Cənubi Osetiya müharibəyə yaxınlaşır

cenubi-osetiya-muharibeye-yaxinlasir
Oxunma sayı: 647

Milli.Az xəbər portalının "Kommersant"a istinadən verdiyi məlumata görə, Ali Məhkəmənin seçkini rəsmən qeyri-legitim elan etməsi özünü səsvermənin qalibi sayan müxalifətçi Alla Cioyevanı özündən çıxarıb. O, Sxinvalinin mərkəzi meydanına toplaşmış tərəfdarlarının separatçı rejimin lideri Eduard Kokoytının istefaya getməyəcəyi təqdirdə meydanı tək etməyəcəyini bəyan edib.

Müşahidəçilər Cənubi Osetiyada vətəndaş müharibəsinin başlanması üçün "bir güllə atılmasının kifayət olduğunu" bildirirlər.

Müxalifətçilər mərkəzi meydanda çadırlar qurublar. Ətrafda isə silahlı hərbçilər və polis toplanıb. Tərəflər arasında hər an toqquşmanın başlaması mümkündür. Müxalifətçilərin həbsinə də başlanılıb.