Çətənə kollarına qulluq edərkən saxlanıldı - Foto

cetene-kollarina-qulluq-ederken-saxlanildi
Oxunma sayı: 2179

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinə Sumqayıtçay ərazisinin yaxınlığında, çəpərlənmiş sahənin kənarında bir nəfərin narkotik xassəli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində həqiqətən qeyd edilən ərazidə aqrotexniki qaydada qulluq edilən çətənə kollarının əkildiyi öz təsdiqini tapıb. 

Çaya yaxın ərazidə çətənə kollarını əkərək onlara qulluq göstərən Sumqayıt şəhər sakini Z.Cəfərov saxlanılıb. İlkin araşdırma zamanı saxlanılan şəxs çətənə kollarını özünün narkotik vasitələrə olan tələbatını ödəmək məqsədilə əkdiyini bildirib. Z.Cəfərov maddi sübut kimi götürülmüş 8 ədəd çətənə kolu ilə birlikdə istintaq orqanına təhvil verilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, istintaq gedir.