Çətənəni çay kənarında əkdi - Foto

Çətənəni çay kənarında əkdi
Oxunma sayı: 737

İsmayıllı rayonunun Göytəpə kəndi ərazisindən keçən Əyriçay çayının kənarında xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 30 ədəd çətənə bitkisi və sellofan torbada 325 qram qurudulmamış marixuana aşkar edilib. 

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində orada narkotik tərkibli bitkilər yetişdirən şəxsin rayonun Göytəpə kənd sakini, əvvəllər də məhkum olunmuş 46 yaşlı Rahil Mirzalıyev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı həmin çətənə bitkilərinin onun tərəfindən yetişdirildiyini etiraf edib.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi