Çexiya Qüdsdə fəxri səfirlik açdı

cexiya-qudsde-fexri-sefirlik-acdi
Oxunma sayı: 1436

Çexiya Qüdsdə fəxri səfirlik açıb.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu münasibətlə təntənəli açılış mərasimi keçirilib. Bu barədə fəxri konsul Dan Propper jurnalistlərə məlumat verib:

"Hər şeydən əvvəl, mənim başlıca məqsədim İsrail və Çexiya arasında iqtisadi əlaqələri inkişaf etdirməkdir. Uzun illərdir, İsrailin biznes təbəqəsi ilə yaxşı münasibətlərim var. Şəxsi təcrübəm əsasında İsrailin Çexiyadakı investisiyalarının genişləndirilməsinə çalışacağam".

Xatırladaq ki, Çexiyanın Qüdsdə səfirlik açmaq istəyi aprelin əvvəlində baş nazir Andrey Babiş tərəfindən rəsmi şəkildə İsrail tərəfinə bildirilib.