Çexiyada parlament seçkiləri - Milyarderin partiyası qalib gəldi

cexiyada-parlament-seckileri
Oxunma sayı: 1227

Milyarder namizəd Andrey Babis və onun rəhbərlik etdiyi ANO hərəkatı Çexiyada keçirilmiş parlament seçkilərində qələbə qazanıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, seçkiqabağı kampaniya çərçivəsində onun təbliğ etdiyi ideya və şüarlar ölkə daxilində mövcud hökümət təsisatları əleyhinə olmaqla yanaşı, xarici siyasətdə avroskeptiklər platformasına söykənib.

ANO hərəkatı səslərin 30 faizini toplayıb. Bu rəqəm isə ikinci nəticə göstərmiş rəqib partiyanın topladığı səslərdən təxminən 3 dəfə çoxdur.

Səsvermədə iştirak edənlərin sayı seçicilərin ümumi sayının 61 faizini təşkil edib.

Koalisiya yaradılmasına dair danışıqlar başa çatandan sonra Andrey Babis Çexiyada yeni hökümətə rəhbərlik edə bilər.

63 yaşlı Babis ölkənin ikinci zəngin adamı sayılır. O, 4 milyard dollar dəyərində təxmin edilən sərvətni kimya, ərzaq və media sahələrində biznes fəaliyyəti nəticəsində toplayıb.