Ceyhun Nağı dəfn edildi

ceyhun-nagi-defn-edildi
Oxunma sayı: 656

Mərhum jurnalist doğulduğu Tovuz rayonunun Düz Cırdaxan kəndində, ata və anasının yanında dəfn olunub. Onu son mənzilə yaxınları, həmkarları və dostları yola salıblar.

Onların arasında “Həftə içi” qəzetinin kollektivi, jurnalistlər Şahvələd Çobanoğlu, Elnur Astanbəyli, Elçin Rüstəmli olublar. Mərhumun 3 mərasimi avqustun 13-də doğma kəndində keçiriləcək.

Qeyd edək ki, müxtəlif vaxtlarda iki dəfə “Yeni Müsavat”da çalışan C.Nağı sonrakı illərdə “Gündəlik Azərbaycan”, “Bizim Yol”, “Alma” qəzetlərində, anspress portalında çalışıb. Sonuncu iş yeri isə “Həftə içi” qəzeti idi. O, bu qəzetdə redaktor vəzifəsində çalışırdı. C.Nağı 39 yaşında vaxtsız vəfat edib. Allah rəhmət eləsin!

musavat.com