Ceyhun Osmanlının imarəti...

ceyhun-osmanlinin-imareti
Oxunma sayı: 20839


Millət vəkili Ceyhun Osmanlının “nurçu”larla əlaqəsinin üzə çıxmasından sonra ona qarşı müxtəlif formalı təpkilər göstərilməyə başladı. Xatırladaq ki, bir müddət əvvəl Fətullah Gülənlə deputat Ceyhun Osmanlı arasında münasibətlərdən bəhs edən məktub yayıldı. Deputat Fətullah Gülənlə ilişkilərinin olmadığını iddia etsə də, onun haqqında bu günə qədər yayılan informasiyalar məsələnin əsl mahiyyətindən xəbər verir. “Qafqazinfo” xəbər verir ki, deputat Ceyhun Osmanlı haqqında yeni iddialarla “Yeni Cumhuriyyət” qəzeti çıxış edib. 

Bu günlərdə ölkə mediasında yayılan xəbərə görə, Ceyhun Osmanlı ilə yaım dostluq əlaqələri olan və "Qafqaz" filminin çəkilməsində iştirak edən "Gülərüz Film" şirkətinin sahibi Ərhan Güləryüz "Hizmət" hərəkatının incısənət adamalrı içərisindəki əsas kadrı olmaqla bərabər, "nurçu"ların liderlərinin sözlərinə yazılmış bir neçə mahının da müəllifidir. Deputat Osmanlıya aid olan "Osmanlı film" şirkəti ilə "Gülən hərəkatı"na bağlı olan və nurçuluğun yaradıcısı Səid Nursi haqqında filmlər çəkən, Fətullah Gülənin şeirlərinə mahnılar bəstələyən Ərhan Güləryüz ortaqlığı diqqət çəkməyə bilməz. Onu da qeyd edək ki, bu məlumat mediada yayıldıqdan sonra Ceyhun Osmanlı ciddi cəhdlə onun yığışdırılmasına çalışsa da, buna nail ola bilməyib.

“Nurçu” qalmqalı ortaya atılandan sonra millət vəkilinin barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara start verilib. Etibarlı mənbələrdən aldığımız bilgilərə əsasən, Fətullah Gülənlə əlaqələrinin aşkara çıxması millət vəkilinin vəziyyətini xeyli çətinləşdirib. Onun özü ilə yanaşı, vəzifədə işləyən yaxın qohumlarına da müəyyən təsirlərin olunduğu deyilir. Məlumatlara əsasən Ceyhun Osmanlıya görə, atası Göyçay rayon icra hakimiyyəti başçısının müavini Yunus Osmanlı möhkəm danlanıb, hətta onun postundan uzaqlaşdırılması məsələsi gündəmə gəlib. Amma başçının müavini kimlərinsə xahişindən sonra vəzifəsindən azad edilməyib.

Faiq Osmanlının RPŞ-yə rəis gətirilmək planı niyə baş tutmayıb?

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, millət vəkilinin qardaşı Faiq Osmanlı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Göyçay Rayonlararası Mühafizə bölməsinin rəisidir. “Nurçu” qalmaqalından əvvəl Ceyhun Osmanlı qardaşını Sabirabad Rayon Polis Şöbəsinin (RPS) rəisi Aqil Vəliyev, onun müavini Xaliq Quliyev, şöbənin istintaq bölməsinin rəisi Ülvi Qasımov və sahə müvəkkili Fikrət Bağırov tutduqları vəzifələrdən azad ediliblər. Bu islahatlardan sonra deputatın qardaşının po9lis rəisi postuna gətiriləcəyi söylənirdi. Bu işdə Ceyhun Osmanlı ilə yanaşı Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov da Faiq Osmanlıya dəstək verib. Deputatla icra başçısının bir kənddən olduqları qeyd edilməklə barabər onların Sabirabadda hegemonluğu ələ keçirmək istəmələri deyi8lir. Bu məqsədlə onloar ilk olaraq rayonda hüquq-mühafizə orqanlarına öz adamlarını yerləşdirmək istəyiblər. Amma baş verən məlum hadisələr Ceyhun Osmanlının bu arzusunu ürəyində qoyub və bir qədər kənara çəkilmək məcburiyyətində qalıb. 

Deputat Ağdaşın Kükəl kəndində 60 hektar torpaq sahəsini hansı vəsaitlərlə alıb?

Mətbuatda gedən informasiyalara görə, deputatın biznes sahələrindən biri də Ağdaş rayonunun Kükəl kəndində yerləşir. Millət vəkili Kükəl kəndində 60 hektar "kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı" torpaq sahəsi alıb və həmin torpaq sahələrini  atası  Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Yunus Osmanlının adına rəsmiləşdirib. deyilənə görə, həmin ərazidə torpaq sahəsinin hektarı 10000-12000 manata satılır: "Milli Məclisin üzvü atasının adına olan torpaq sahəsində böyük imarət tikdirib. Ən maraqlısı isə budur ki, Ağdaşdakı imarətinin mühafizəsini qardaşı Faiq Osmanlının rəhbəri olduğu bölmənin əməkdaşları həyata keçirir. Göyçay Rayonlararası Mühafizə Bölməsinin xidməti avtomobilləri Ceyhun Osmanlının Kükəl kəndində olan torpaq sahəsində istifadə olunur və bölmənin işçiləri burda mühafizəni təmin etməklə yanaşı, həmçinin inşa olunan tikintidə işlədilirlər. Bu isə birbaşa qanun pozuntusudur. Faiq Osmanlı hansı əsasla Göyçay Rayonlararası Mühafizə Bölməsinin əməkdaşlarını qardaşının Ağdaşdakı imarətinin mühafizəsinə cəlb edir?"

Deputat mandatının sonu və geriləyən "İrəli"

Bildirək kii, DİN-in Bşa Mühafizə İdarəsinin tabeliyində fəaliyyət göstərən bölmə dövlət büdcəsindən maliyyələşir. Yəni bu qurum özəl müəssisə olsaydı, Faiq Osmanlı işçiləri harda istəsə işlədə bilərdi. Qanuna görə, DİN-in Mühafizə İdarəsi müqavilələr əsasında və mühafizəsi nəzərdə tutulan obyektin tipindən, yerləşdiyi ərazinin sahəsindən, konstruktor quruluşundan, orada saxlanılan əmlakın növündən, maddi dəyərindən və sair amillərdən asılı olaraq stasionar polis və ya mühafizəçi postları təşkil etməklə, avto, moto və ya piyada marşrutlarla sektor və kvadratlar üzrə dövr edən polis və mühafizəçi xidmətindən istifadə etməklə, mərkəzləşdirilmiş mühafizə məntəqəsinə siqnalizasiya sistemləri ilə qoşulmaqla mühafizəni təmin edir. Göyçay Rayonlararası Mühafizə Bölməsinin funksiyası Ceyhun Osmanlının mülkünü mühafizə etmək deyil. deputatın qardaşı səlahiyyətlərindən başqa məqsədlər üçün istifadə edərək bölmənin işçilərini sanki istismar edir. Fikrimizcə, Baş Mühafizə İdarəsinin rəisi, hörmətli general Yaşar Əliyev bu məsələyə öz münasibətini bildirməlidir. Faiq Osmanlı tabeliyində olan şəxsləri təyinatdan kənar işlərə cəlb etdiyi üçün cəzalandırılmalıdır. 

Özəl qaynaqlardan gələn xəbərlərə görə, Ceyhun Osmanlının ətrafında yaranmış qalmaqallı situasiya onun və yaxın qohumlarının gələcək karyerasını sual altına alıb. Mənbə deyir ki, növbəti parlament seçkilərində Osmanlının yenidən millət vəkili seçiləcəyi inandırıcı görünmür. Həmçinin onun atası və qardaşının da tezliklə tutduqları postlardan çıxarılmaları gözlənilir. Bir sözlə, Ceyhun bəyin 2005-ci ildə yaratdığı "İrəli" İctimai Birliyi ilə çiçəklənən imperiyası süqut etmək üzrədir.

Qeyd edək ki, Ceyhun Osmanlı millət vəkili seçiləndən sonra da birliyi nəzarətində saxlayırdı. Təşkilatın ofisindən çıxarılması yuxarı dairələrin millət vəkilinə qarşı hərəkətə keçməsinin bariz göstəricisidir və ona vurulan böyük zərbələrdən biridir.