CeyLoya konsert şoku - İnsanlar təxliyə edildi + Video

ceyloya-konsert-soku
Oxunma sayı: 3701

Dünya şöhrətli ABŞ müğənnisi Cennifer Lopez Nyu-Yorkda idman komplekslərinin birində keçirdiyi konserti təxirə salıb.

“Qafqazinfo” “The Hollywood Reporter”ə istinadən xəbər verir ki, buna səbəb həmin məkanda, eləcə də bütün şəhərdə elektrik enerjisinin kəsilməsi olub.

CeyLo səhnəyə çıxmağa hazırlaşdığı vaxt hər tərəf qaranlığa qərq olub. İdman kompleksinə gələn hər kəs oradan təxliyə edilib. İfaçı baş verənlərdən çox üzüldüyünü bildirib. Lopez deyib ki, konsertinə bilet alıb gələnlərin qarşısında bazar ertəsi çıxış edəcək.