“Ceyms Bondun filmlərindən biri burada çəkilib” - İlham Əliyev

“Ceyms Bondun filmlərindən biri burada çəkilib”
Oxunma sayı: 46

“Buranın yeri də çox böyük rəmzi məna daşıyır. Mən 10 il bundan əvvəl Dövlət Neft Şirkətinə göstəriş vermişdim ki, onilliklər ərzində çirklənmiş Bibiheybət ərazisini, buruqların ətrafını təmizləsinlər, neft gölməçələrini qurutsunlar, bu zonada böyük yaşıllıq zolaqları salınsın və onlar bu işlərə başladılar”. 

“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışı zamanı çıxış edərkən deyib.  İ. Əliyev bildirib ki, bu yerlərin foto və videogörüntüləri vaxtilə müxtəlif dərgilərdə, jurnallarda, qəzetlərdə dərc edilmişdi: “Hətta məşhur Ceyms Bondun filmlərindən biri də burada çəkilmişdir. Əgər o filmə baxsanız görərsiniz ki, buradakı mənzərə nə gündə idi. Bura ekoloji fəlakət zonası idi. Ancaq bu gün bura şəhərimizin ən abad yerlərindən biridir.

Burada yaşıllıqlar salındı, ağaclar əkildi, eyni zamanda, neft buruqları da öz fəaliyyətini davam etdirir. Burada belə gözəl neft məktəbi, idman şəhərciyi, Su İdmanı Sarayı yaradıldı, bax, o binalar jurnalistlər üçün tikilmişdir. Hesab edirəm ki, bu da nadir təşəbbüsdür. Heç bir başqa ölkədə dövlət jurnalistlər üçün bina tikmir. Bu binalarda yaşayan və yaşayacaq jurnalistlər müxtəlif mətbu orqanların nümayəndələridir, burada mənzillərin bölgüsü də püşkatma yolu ilə aparılıb, yəni, ədalət və obyektivlik tam təmin edilib”.

Ceyms Bondun Bakıda çəkilmiş sözügedən kadrlarını təqdim edirik:


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi