Ceyms Mettis Avropa turuna çıxır

Ceyms Mettis Avropa turuna çıxır
Oxunma sayı: 354

ABŞ müdafiə naziri Ceyms Mettis 6-10 noyabr tarixlərində bir neçə Avropa ölkəsinə səfər edəcək.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Pentaqonun mətbuat xidmətinin məlumatında bidirilir.

Mettis noyabrın 6-da 5 Şimali Avropa ölkəsi (Finlandiya, İsveç, Danimarka, İslandiya, Norveç), 3 Baltikyanı ölkə (Estoniya, Latviya, Litva), eləcə də Almaniya, Niderland, Polşa və Böyük Britaniyanın iştirakı ilə baş tutacaq forumda iştirak edəcək.

O, 8-9 noyabrda NATO-nun nazirlər toplantısına qatılacaq. 

Pentaqon rəhbəri noyabrın 10-da isə Londona səfər edərək ölkənin yeni müdafiə naziri Hevin Uilyamsonla görüşəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi