Ceyranbatanda evləri sökürlər

ceyranbatanda-evleri-sokurler
Oxunma sayı: 645

Bu barədə “Qafqazinfo”ya həmin ərazinin sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, sözügedən ərazidə yerləşən bəzi evlər, evlərin hasarları bir neçə gün öncə də sökülürmüş və söküntü bu gün yenidən başlayıb: “Yəqin ki, bələdiyyə ilə arxitektura arasında problem var. Nəticədə isə zərər çəkən biz oluruq. Əgər evlər sənədsiz olduğu üçün sökülürsə, demək olar ki, Bakıda olan evlərin 80 faizi sənədsizdir. Ona görə sökürlərsə bütün evləri söksünlər. Qanun hamı üçün qanundur. Prezident hələ 2 il öncə sərəncam vermişdi ki, evlər sənədləşdirilsin, sənədləşdirməyiblərsə də yenə günah onlardadır, bizdə deyil”.

Şikayətçilər bildirib ki, heç kəs onlara kömək etmir və bilmirlər hara müraciət etsinlər ki, problemləri həll olsun.