“Cəzalandırılmalı insanlar cəzalanacaqlar” - Sənan Qurbanovdan məğlubiyyət şərhi

cezalandirilmali-insanlar-cezalanacaqlar
Oxunma sayı: 2236

Azərbaycan Premyer Liqasının -ci turu çərçivəsində “Qarabağ”a səfərdə 1:4 məğlub olan “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov matçsonrası mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bildirib:

“Uğursuzluq zolağından çıxa bilmirik. Oyunun gedişatında hansısa inkişaf olsa da, bunu heç kəs qəbul etməyəcək. Komandamızdan hamı qələbə gözləyir. “Qarabağ” bu cür səhvləri bağışlamır. Çox üzgünəm. Cəzalandırılmalı insanlar cəzalanacaqlar. Bu komanda öz yerinə qayıdacaq. Bunu söz verirəm”.

- Liderdən artıq 9 xal geridəsiniz. Çempionluq iddianız davam edir?

- Biz mübarizəmizi aparırıq.

- “Qarabağ” neçənci heyətlə meydana çıxmalıdı ki, xal qazana biləsiniz?

- “Qarabağ”da ikinci heyət yoxdu. Onların hər bir futbolçusu yüksək səviyyəlidi.

- Uğursuzluqların səbəbkarı kimdi?

- Baş məşqçi mənəm və məsuliyyət də mənim üzərimə düşür.

- Tərlan Əhmədovun baş məşqçi postuna gətiriləcəyi barədə yayılan xəbərlər işinizə mane olmur?

- Uzun illərdi bu komandadayam. Rəhbərlik hansı qərarı versə, buna hörmətlə yanaşacağam. “Qəbələ” üçün ən xeyirlisi nədirsə, o da olsun.