“Check-up”a getdi, hamilə olduğunu öyrəndi

check-upa-getdi-hamile-oldugunu-oyrendi
Oxunma sayı: 2484

Türkiyənin məşhur komediya aktyoru, aparıcı  Eser Yenenler ata olacaq. “Qafqazinfo” xəbər verir ki, onun model nişanlısı Berfu Yıldız hamilədir. 

Sözügedən xəbərdən sonra cütlük toy tarixində dəyişiklik etməyib. Onlar 9 iyunda ailə həyatı quracaqlar. 

Eser KİV-lərə açıqlamasında bildirib ki, sevgilisinin “check-up” üçün xəstəxanaya getdiyini, bu zaman Berfunun hamilə olduğunu öyrənib:

“Həyatımın ən gözəl dövrünü yaşayıram. Bu xoşbəxtliyin tərifi yoxdur. Nəzərdən çox qorxuruq. Bu səbəbdən çox danışmırıq. İyun ayında gözəl bir havada toyumuz olacaq”.