“Cherry” 82 yaşlı qadını vurdu, öldü

cherry-82-yasli-qadini-vurdu-oldu
Oxunma sayı: 1080

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu ərazisində - Hövsana gedən yolda “Cherry” markalı, 90 KJ 174 dövlət nömrə nişanlı minik avtomobili 82 yaşlı qadını vurub.

Ağır xəsarət alan qadın hadisə yerində vəfat edib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.