CIA Bin Ladenlə bağlı 470 min sənədi paylaşdı

CIA Bin Ladenlə bağlı 470 min sənədi paylaşdı
Oxunma sayı: 640

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) “Əl-Qaidə” terror təşkilatının 2011-ci ildə öldürülən lideri Üsamə Bin Ladenlə bağlı sənədləri ilk dəfə açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bin Ladenin öldürüldüyü əməliyyat zamanı ələ keçirilən kompüterdən sənədlər, səs qeydləri, fotolar, videolar, “Əl-Qaidə”nin istifadə etdiyi proqramların siyahısı və.s ələ keçirilmişdi.

CIA onların içindən 470 min ədədini 6 ildən sonra ilk dəfə açıqlayıb.

Qurumun rəhbəri Mayk Pompeo bildirib ki, paylaşılan sənədlər terror təşkilatınıın planları və fəaliyyəti barədə daha geniş məlumat verəcək. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi