Cibgir tutuldu

cibgir-tutuldu
Oxunma sayı: 646

Yanvarın 16-da, 30 saylı xətt avtobusunda, Bakı şəhər sakini Adil Bayramovun cibindən 38 manat oğurlamağa cəhd edənlər, Goranboy rayon sakini Tural Həsənov və Bakı şəhər sakini Emin Həsənov Nizami RPİ CAŞ və 24-cü PB-nin əməkdaşları tərəfindən yanvarın 18-də yaxalanıb. Araşdırma zamanı müəyyən edilib ki, onlar yanvarın 15-də 30 saylı xətt avtobusunda Sabirabad rayon sakini Natiq Əmənovun cibindən də 155 manat oğurlayıblar.

Yanvarın 18-i saat 23:40 radələrində, Babək prospektində, Bakı şəhər sakinləri Əkbər Osmanov idarə etdiyi «VAZ-2107» markalı avtomobillə Mirzə Rzayevanı vurub və o, xəstəxanaya aparılarkən yolda ölüb.

Noyabrın 19-u 2012-ci il tarixdə, Bakı şəhər sakini Tofiq Osmanova məxsus C.Xəndan küçəsində yerləşən telefon mağazasından qapının dəmir barmaqlıqlarını sındırma yolu ilə 2000 manat dəyərində müxtəlif markalı telefonlar və bu il yanvarın 9-na keçən gecə Bakı şəhər sakini Tofiq Osmanova məxsus H.Hüseynov küçəsində yerləşən mağazadan şüşəni sındırma yolu ilə 25 ədəd mobil telefon oğurlanıb. DİN KTİ və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakinləri Elvin Ənnağıyev, Naməddin Cabbarlı və Masallı rayon sakini Elvir Qafarov yanvarın 18-də yaxalanıb.

Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan Arif İsgəndərov yanvarın 18-də yaxalanıb.