“Cibgir” tutuldu

cibgir-tutuldu
Oxunma sayı: 853


Avqustun 19-da 150 saylı xətt avtobusunda Sumqayıt şəhər sakini Hafiz Babayev Bakı şəhər sakini Surac Dadaşovun cibindən 150 manat oğurladığına görə Binəqədi RPİ,PPXB və 6-cı PB-nin əməkdaşları tərəfindən tutulub.

Nərimanov RPİ PPXB və 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ramin Əhmədovdan 430 qram marixuana aşkar edilib.


Nərimanov RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Valeh Şabanovdan 460 qram marixuana aşkar edilib.

Avqustun 19-da Q.Qarayev prospektində Bakı şəhər sakini Orxan Tarverdiyev bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Salman Salmanzadə tutulub.

Suraxanı RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Teymur Zeynalovdan 0,201 qram, Bakı şəhər sakini Baba Pənahovdan isə 0,155 qram heroin aşkar edilib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni onlara satan əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Elçin Məmmədov tutulmuş və üzərindən 0,226 qram heroin aşkar olunub.