Cibində “iPhone” partlayan 18 yaşlı oğlan xəstəxanalıq oldu

cibinde-iphone-partlayan-18-yasli-oglan-xestexanaliq-oldu
Oxunma sayı: 2846

 Moskvada 18 yaşlı gəncin cibində “iPhone” partlayıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, nəticədə ağır yanıq xəsarətləri alan oğlan xəstəxanaya yerləşdirilib.

Gənc oğlan küçədə gedərkən cibindəki telefon qəfil partlayıb. Zərərçəkənin anasının sözlərinə görə, telefon 5 ay əvvəl alınıb.