Çiçarito İngiltərəyə qayıtdı

cicarito-ingiltereye-qayitdi
Oxunma sayı: 814

“Bayer Leverkuzen”in Çiçarito ləqəbli hücumçusu Xavyer Ernandes “Vest Hem”ə transfer olub.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, 29 yaşlı meksikalı futbolçunun keçidi üçün 13 milyon avro ödəniləcək.

Ernandes yaxın günlərdə tibbi müayinədən keçərək müqavilə imzalayacaq.

“Bayer Leverkuzen” transfer xəbərini sosial mediada paylaşıb və futbolçuya təşəkkür edilib.

Qeyd edək ki, Çiçarito son 2 mövsümdə Almaniyada 76 oyunda 39 qola imza atıb.