“Çiçek Taksi”nin ulduzu dünyasını dəyişdi

cicek-taksinin-ulduzu-dunyasini-deyisdi
Oxunma sayı: 2423

Türkiyənin məşhur kino və serial ulduzu Ümit Yesin dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor Mustafa Avkıran sosial şəbəkədə məlumat yayıb. 

“İnsan bir ay içində iki atasını birdən itirə bilər? Sən demə, itirə bilərmiş. Səni çox sevirdim, Ümit”- deyə aktyor bildirib. 

O, 65 yaşlı Ü. Yesinin ölüm səbəbini açıqlamayıb. 

Xatırladaq ki, Ümit Yesin “Çiçek Taksi”, “Cennet Mahallesi” kimi məşhur seriallarda rol alıb.