“Ciddi hazırlıq işlərinin aparılmasından özgə yol qalmır”

ciddi-hazirliq-islerinin-aparilmasindan-ozge-yol-qalmir-
Oxunma sayı: 642

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, geniştərkibli görüşdə nazir Səfər Əbiyev İsmət Yılmazı milli müdafiə naziri təyin edilməsi münasibəti ilə təbrik edib və ona bu işində uğurlar arzulayıb. Nazirlər iki ölkə arasında mövcud hərbi əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması istiqamətində ətraflı fikir mübadiləsi aparıblar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həllinə toxunan nazirlər Azərbaycanın ərazi bütövlüyünün bərpasını, işğalçı Ermənistanın tez bir zamanda torpaqlarımızdan geri çəkilməsinin vaxtının çatdığını xüsusi qeyd ediblər.

Nazir Səfər Əbiyev bildirib ki, problemin sülh şəraitində həlli üçün danışıqlar getsə də, hələlik konkret nəticə yoxdur və Ermənistan öz təcavüzkarlığını davam etdirir. Onun fikrincə, belə bir vəziyyətdə Silahlı Qüvvələrimizdə ciddi hazırlıq işlərinin aparılmasından özgə yol qalmır.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılınc da iştirak edib.