“Ciddi problem yoxdur...” - Studiyada yıxılan aparıcı

“Ciddi problem yoxdur...”
Oxunma sayı: 7322

“Xəzər Xəbər”in  aparıcısı Günel Qədimovanın efirdən sonra yıxılması, qapalı kəllə-beyin travması  alması barədə xəbər yayılıb.  İddia olunub ki, hadisə ötən gün proqramın 15:00 buraxılışından sonra baş verib, xəsarət alan aparıcı “təcili yardım” xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. 

“Qafqazinfo” mövzu ilə bağlı G. Qədimova ilə əlaqə saxlayıb. O, yayılan xəbərin şişirdildiyini, səhhətinin qaydasında olduğunu bildirib:

“Mənim səhhətim qaydasındadır, ciddi problem yoxdur. Sadəcə olaraq məlumat şişirdilib. Bayaqdan zənglər gəlir, telefonum susmur, dostlarım narahat olublar”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi