Çili Azərbaycanda səfirlik açır

cili-azerbaycanda-sefirlik-acir
Oxunma sayı: 1101

Çili Azərbaycanda diplomatik nümayəndəliyini açmaq qərarını verib.

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, Çili Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan XİN-ə ünvanlanan notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq yaxın zamanlarda Çili Səfirliyinin Bakıda açılacağı qeyd olunub.