Çilidə 720 min litr neft çaya axıb

cilide-720-min-litr-neft-caya-axib
Oxunma sayı: 2191

Çilidə külli miqdarda neft sızması baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Argentinanın YPF neft-qaz şirkətinə məxsus 720 min litrə yaxın neft Çilinin Terra-del-fueqo ərazisində çaya axıb. Şirkətin yaydığı məlumata görə, neft emalı zavodunun yanından axan çayın təxminən 6 min kvadratmetri çirklənməyə məruz qalıb. Bölgədə fövqəladə vəziyyən elan edilib. 

Yerli hakimiyyət bildirib ki, çayı bir neçə həftəyə təmizləmək mümkün olacaq. O da qeyd edilir ki, neft sızmasına görə xəsarət alan insan və heyvanlar barədə hələlik məlumat daxil olmayıb. 

Aysel Kərimova