“Çılpaq meymun”dan qalib olar? - Fotolar

cilpaq-meymundan-qalib-olar
Oxunma sayı: 823

Bu il keçirəcək “Eurovision”nun qalibi həm sorğuların, həm də bukmeykerlərin proqnozuna görə İtaliyadır. 

“Qafqazinfo” xəbər verir ki, həmçinin sənətçin klipinə 100 milyona yaxın insan baxıb.

Bəs görəsən, İtaliyanın siyahıda birinci olmasının səbəbi nədir?

“Occidentali’s Karma”nın sözləri…

Mahnı italyan dilində yazılıb, başqa dilə tərcümə olunduqda mənası itir. Qısaca məlumat verək ki, mahnı dünyadan, demodelərdən, Qərbin özəlliklərindən bəhs edir. Bir sözlə, əsərdə Qərb yüksəkliklərə qaldırılıb. Bu səbəbdən Avropanın sevimli mahnısına çevirilib. Əsər yaddaşlarda asan qalır və sözləri çox sadədir. 

Çılpaq Meymun…

“Eurovision”da ikon halına çevirilən bir çox obrazlar olub. Məsələn, yarışmanın 2015-ci il qalibi Masn Zelmerlounun LED uşağını misal çəkə bilərik. Gabanninin hər zaman əlində gəzdirdiyi çılpaq meymun və klipində yer alan qorilla bir obraza çevirilib. 

Francesconun radio sevgisi…

Digər müsabiqə iştirakçılarından fərqli olaraq Gabanni mahnılarını ancaq radiolarda yayımladır. Elə ilk gündən o, TV və konsertlərə getmir ( "Eurovision" gecələri istisna), əsəri ancaq radiolar vasitəsiylə xalq çatdırır. 

Gabanni xarizması

Ötən il Sergey Lazarevdən bir xarizmatik obraz yaratmaq istədilər, ancaq alınmadı. İtaliya təmsilçisinin isə fərqli bir duruşu və imici var. Bu imic onu həmkarlarından çox fərqləndirir. 

“Artıq qalib olaq” istəyi...

İtaliya yarışmaya yenidən 2011-ci ildə qayıdıb. Və ölkə təmsilçisi 3-cü yerə sahib çıxmışdı. Yarışmaya iddialı gələn İtaliya qalib olmaq niyyətindədir və Avropada “Niyə də biz yox?” düşünəcəsini formalaşdırmağa başladı. Deyəsən o il, bu il olacaq.