“Cim Bom” azarkeşlərinə şad xəbər

cim-bom-azarkeslerine-sad-xeber
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, futbolçu “Qalatasaray”a keçidi baş tuta bilər. Belə ki, “Bavariya”nın yeni məşqçisi Pep Qvardiola quracağı komandada oyun sisteminə uyğun gəlməyən Robbeni heyətdə saxlamaq istəmir. Məhz, buna görə də Aryen Robbenin atası və meneceri olan Hans Robben oğlu üçün yeni klub axtarışına çıxıb. Ata Robben “Qalatasaray” rəhbərliyinə rəsmi ismarıc ünvanlayaraq “Çempionlar Liqa”sı finalından sonra futbolçunun transferi ilə bağlı müzakirələr apara biləcəyini deyib.

“Qalatasaray” prezidebti Ünal Aysal da Aryeni İstanbula gətirmək üçün nə lazımdırsa, etməyə hazır olduğunu vurğulayıb.

İqbal