Çimərlik futbolçularımız İspaniyaya 4 qol vurdu, məğlub oldu

cimerlik-futbolcularimiz-ispaniyaya-4-qol-vurdu-meglub-oldu
Oxunma sayı: 1879

İtaliyanın Sardiniya adasındakı Alqero şəhərində çimərlik futbolu üzrə Avropa Super Finalı keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.

İspaniya yığması ilə qarşılaşan komandamız 4:5 hesabı ilə məğlub olub.

Millimizin qollarını Əbdül Əliyev, Ramil Əliyev, Orxan Məmmədov və Asif Zeynalov vurub.

Komandamız turnir çərçivəsində növbəti oyununu sentyabrın 7-də Portuqaliyaya qarşı keçirəcək.