Çimərlik havası

cimerlik-havasi
Oxunma sayı: 953


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, havanın temperaturu gecə 15-20, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Şıx, Sahildə 22-23 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, şərq rayonlarında isə axşam qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz:

Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, iyunun 07-dən iyunun 08-i gündüzədək güclü xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.