Çimərlikdə faciə - 20 yaşlı gənc boğuldu

cimerlikde-facie
Oxunma sayı: 745

Bakıdakı çimərliklərdən birində ölüm hadisəsi baş verib.

"Qafqazinfo" Lent.az-a istinadə xəbər verir ki, dünən saat 19 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisindəki çimərlikdə 1997-ci il təvəllüdlü Əkbərov Orxan Füzuli oğlu suda batıb. Ona tibbi yardım göstərilsə də, artıq gec olub və 20 yaşlı oğlan keçinib.
 
Faktla bağlı araşdırma aparılır.