Çin ABŞ-ı hədələdi

Çin ABŞ-ı hədələdi
Oxunma sayı: 1524

“Əgər ABŞ birtərəfli fəaliyyət və proteksionizm siyasətini davam etdirsə, Çin "qələbə əldə edənə qədər" buna qarşı mübarizə aparmağa və lazımi cavabı verməyə hazırdır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çinin Kommersiya Nazirliyinin rəsmi təmsilçisi Qao Fen mətbuat konfransında bildirib.

O qeyd edib ki, hazırda Çin və ABŞ nümayəndələri arasında ticarət-iqtisadi məsələlər üzrə fikir ayrılıqları ilə bağlı danışıqlar aparılmır.

“Çünki ABŞ belə bir dialoqa heç bir maraq göstərmir. Tərəflər danışıqları Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində apara bilər. Lakin bu, Vaşinqtonun bu təşkilata hörmət edib-etməməsindən, çoxtərəfli ticarət sisteminin qaydalarına tabe olub-olmamasından asılıdır”, — Q.Fen bildirib.

Martın sonlarında ABŞ prezidenti Donald Tramp “Çinin iqtisadi aqressiyası ilə mübarizə” haqqında memorandum imzalayıb. Bu sənəd özündə Çində istehsal olunan məhsullara məhdudiyyət qoymağı ehtiva edir. Daha sonra ABŞ idxal rüsumlarının tətbiq edilə biləcəyi 1300 Çin malının siyahısını açıqlayıb.

Beləliklə, Vaşinqton Pekinlə aralarında olan çoxmilyardlı ticarət kəsirini aradan qaldırmaq niyyətindədir. Amerika rəhbərliyinin hesablamalarına görə, yeni idxal rüsumlarının tətbiqi nəticəsində Çin hər il 50 milyard dollara yaxın vəsait itirəcək.

Buna cavab olaraq Çin də 128 adda Amerika məhsulunun idxalına rüsum tətbiq etməyə başlayıb. Daha sonra Pekin ABŞ-ın daha 106 məhsuluna tətbiq olunacaq rüsumları açıqlayıb. Bu ticarət tədbirlərinin nə vaxt həyata keçiriləcəyi isə ABŞ hökumətinin Çinin ticarət məhsulları ilə bağlı öz idxal rüsumlarını açıqlamasından asılıdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi