Çin “bitcoin”ə qadağa qoyur

cin-bitcoine-qadaga-qoyur
Oxunma sayı: 1008

Çinin nizamlayıcı orqanları “bitcoin” alışı və satışı ilə məşğul olan kanalların tamamilə qadağan olunmasına qərar verib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, sentyabrın əvvəlində Çin höküməti kriptovalyuta birjalarının işinə qadağa qoymuşdu.

Məlumata görə, 15 sentyabrda Çinin kriptovalyuta sahəsində çalışan böyük şirkət rəhbərləri ilə gizli görüş keçirilib. Əsasən “bitcoin” alış və satışının qadağası məsələsi həmin görüşün əsas mövzusu olub. Bu qadağa xarici kriptovalyuta birjalarına və “WeChat” messencerində “bitcoin”lərin satışı ilə bağlı müqavilələrə də şamil oluna bilər.

Hal hazırda Çin höküməti, kriptovalyuta birjalarına qadağa qoyulmasını rəsmi olaraq təsdiqləməyib. Lakin, BTCC, Huobi və OKCoin kimi böyük birjalar bu ticarətin dayandırılmasına söz veriblər.