Çin hökuməti Obamanı hədələdi

cin-hokumeti-obamani-hedeledi
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, Çinin xarici işlər nazirinin sözçüsü Hong Ley açıqlamasında Tibetlə bağlı məsələlərin Çin dövlətini maraqlandırdığını və hər hansı xarici dövlətin nümayəndəsinin Dalay Lama ilə görüşməsinə qətiliklə qarşı olduqlarını ifadə edib. Çin rəsmisi ABŞ-ın Tibeti Çinin bir hissəsi olaraq tanıdığını və onu Tibetin suverenliyinə qarşı olan fikirlərinin üzərində dayanmağa, bununla da Dalay Lamanın ilə görüşdən imtina etməyə çağırıb. Bu baş verəcəyi halda ABŞ Çinin daxili işlərinə qarışar və Çin-ABŞ münasibətlərinə də zərbə vurmuş olar. Ağ Ev açıqlamasında Dalay Lama ilə Obamanın görüşündə əsas məqsədin Tibetin dini, mədəni kimliyi ilə dilinin, həmçinin tibetlilərə insan haqlarının qorunması istiqamətində güclü dəstəyin göstərilməsi olduğunu bildirib.

Qeyd edək ki, Çin hökuməti Dalay Lamanı Tibetin müstəqilliyinə çalışaraq şiddəti dəstəkləyən separatçı olaraq ittiham edir. Dalay Lama isə bu ittihamlara qarşı çıxaraq, Tibet bölgəsində sülh yolu ilə həqiqi suverenliyə qovuşmaq istədiyini bildirib.
Obama Dalay Lama ilə sonuncu dəfə 2010-cu ildə görüşmüş və bu Çin hökumətinin sərt reaksiyasına səbəb olmuşdu.

Səidə