Çin iqtisadiyyatına görə yenə dünya ikincisi oldu - 13,6 trilyon dollarla...

cin-iqtisadiyyatina-gore-yene-dunya-ikincisi-oldu
Oxunma sayı: 1196

Çin 2018-ci ilin yekunlarına görə dünyanın ikinci ən böyük iqtisadiyyata malik ölkəsi statusunu qoruya bilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin dövlət statistika idarəsinin rəhbəri Nin Çziçje məlumat verib. 

2017-ci ildə Ümumi Daxili Məhsul 82,07 trilyon yuan (təxminən 12 trilyon dollar) təşkil edərək Çin təkcə ABŞ-dan geri qalaraq yenə də dünya ikincisi olmağı bacarmışdı.

2018-ci ildə isə Çin ÜDM-nin ümumi həcmi 90 trilyon yuana yüksəlib.

“Əgər orta kursla hesablasaq, o zaman Çin iqtisadiyyatının ümumi həcmi 13,6 trilyon dollara çatıb. Bununla da, inamla dünyada ikinci yeri tuta bilib” deyə Nin Çziçje bildirib.