CIN-lər balanslarını bankomatlar vasitəsilə artıracaqlar

cin-ler-balanslarini-bankomatlar-vasitesile-artiracaqlar
Oxunma sayı: 652

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, “bankomatlar vasitəsilə balansın artırılması” xidməti işə salınıb. Bu xidmət abunəçilərə AzeriCard və ya KapitalCard sistemləri üzərindən işləyən bankomatlardan istifadə etməklə balansa istənilən məbləğdə vəsait qoymaq imkanını yaradır.

Bankomat vasitəsilə balansı artırmaq üçün, abunəçilər öz plastik kartlarından istifadə etməlidirlər. Abunəçi sadəcə öz mobil telefonunun nömrəsini və balansına əlavə etmək istədiyi istənilən məbləği daxil etməlidir. Ödəniş başa çatan kimi, vəsait abunəçinin balansına keçir və o, bu barədə SMS bildiriş alır.

Qeyd edək ki, Klass və Gold abunəçiləri “bankomatlar vasitəsilə balansın artırılması” xidmətindən xeyli müddətdir ki, istifadə edirlər.

Nigar Məmmədli