Çin prezidenti İlham Əliyevi təbrik edib

cin-prezidenti-ilham-eliyevi-tebrik-edib
Oxunma sayı: 2433

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

“Qafqazinfo”nun məlumatına görə, Si Cinpin Çinlə Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasından sonra ikitərəfli əlaqələrin inkişafındakı nailiyyətləri müsbət dəyərləndirib.

Si Cinpin qeyd edib ki, Çin Azərbaycanla münasibətlərin inkişafına böyük diqqət yetirir, Azərbaycanla birgə hər iki ölkənin və xalqın rifahı naminə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.