Çin şirkətləri Azərbaycana nə qədər investisiya qoyub? - Nazir açıqladı

cin-sirketleri-azerbaycana-ne-qeder-investisiya-qoyub
Oxunma sayı: 2335

İqtisadiyyat naziri Şahin Mustafayev Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan-Çin iqtisadi əlaqələrinin və iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Çinlə tranzit daşımaları, ticarət, investisiya, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən Şahin Mustafayev bildirib ki, 2017-cı ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 20% artaraq 1,3 milyard dollara çatıb:

“Hazırda Azərbaycanın ticarət, xidmət, sənaye, tikinti, bank və sığorta, kənd təsərrüfatı sahələrində Çin kapitallı 110-dan çox şirkət fəaliyyət göstərir. Bir sıra Çin şikətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər. Çin şirkətləri tərəfindən Azərbaycana 800 milyon dollara yaxın investisiya qoyulub”.

Səfir Vey Cinhua ölkələrimiz arasında əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib, Çin-Azərbaycan əməkdaşlığının daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb, iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb.