“Cinah müdafiəçisi kimi oynasa, daha yaxşı olar” - Del Boskedən Bolta məsləhət

“Cinah müdafiəçisi kimi oynasa, daha yaxşı olar”
Oxunma sayı: 2171

İspaniya millisinin sabiq baş məşqçisi Visente Del Boske futbolçu karyerasına başlayan əfsanəvi atlet Useyn Bolta məsləhət verib.

“Qafqazinfo” xəbər verir ki, 67 yaşlı mütəxəssis yamaykalı idmançıya cinah müdafiəçisi kimi oynamağı məsləhət görüb:

“Boltun yaxşı potensialı var, amma cinah müdafiəçisi kimi çıxış etsə, daha yaxşı olardı. 32 yaşında peşəkar futbola baxşlamaq normal vəziyyət deyil. Taktiki cəhətdən yaxşı qavrayacaq. Amma fiziki göstəriciləri buna cavab verməyəcək. Müdafiəyə meyilli oynasa yaxşı olar”.

Qeyd edək ki, Bolt Avstraliyanın “Mariners” klubunda hücumçu mövqeyində çıxış edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi