Cinayət başında yaxalandı

cinayet-basinda-yaxalandi
Oxunma sayı: 1072

İyunun 20-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakini A.Qasımov 2018-ci il oktyabr ayının 15-də hədə-qorxu yolu ilə ondan 13.000 manat pul tələb edildiyini bildirib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini P.Kərimli A.Qasımovdan 1400 manat pul alarkən cinayət başında yaxalanıb.

P.Kərimli barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.