Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb

cinayetde-subheli-bilinen-24-nefer-saxlanilib
Oxunma sayı: 1550

2018-ci il avqustun 22-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.