Cinayətkar dəstənin daha bir üzvü saxlanılıb

cinayetkar-destenin-daha-bir-uzvu-saxlanilib
Oxunma sayı: 1384

Mağazaya basqın edən dəstənin daha bir üzvü saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, aprelin 23-də rayon ərazisindəki mağazaların birindən satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək quldurluq yolu ilə kassadakı 230 manat pulu aparmaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Fərid Hacıyev və əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə saxlanılıblar.

35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə dəstənin digər üzvü - Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb.