Cinayətkarlar yaxalandı

cinayetkarlar-yaxalandi
Oxunma sayı: 732

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən RPŞ tərəfindən AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Müslüm Xəlilov yanvarın 25-də yaxalanıb.

Yanvarın 24-ündə Təbriz küçəsində naməlum şəxs bıçaqla Füzuli rayon sakini Namaz Yadigarovun qarın nahiyəsindən daxilə nüfuz edən xəsarət yetirilib. Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Əli Şahbazov yanvarın 25-də yaxalanıb.

Yanvarın 23-nə keçən gecə A.Ağayev küçəsində yaşayan Elşən Əliyevin evindən açıq qapıdan keçmə yolu ilə televizor oğurlanıb. Yasamal RPİ 26-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Ülvi Zeynalov və Emin Allahverdiyev yanvarın 25-də yaxalanılıblar.

Yanvarın 23-də K.Kərimov küçəsində yerləşən bilyard zalında naməlum şəxs Bakı şəhər sakini Mənaf Axundovun içərisində 300 manat olan pul qabını əlindən alaraq qaçıb. Xətai RPİ CAŞ və 37-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Həmid Rüstəmov yanvarın 25-də yaxalanıb.

Yanvarın 22-də K.Kərimov küçəsində yaşayan Besxanıb Əliməhəmmədovaya məxsus mənzildən pəncərədən daxil olma yolu ilə qızıl-zinət əşyaları oğurlanıb. Xətai RPİ CAŞ və 37-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Arif Mənsimov yanvarın 25-də yaxalanıb.

Sədan