Cinayətkarlar yaxalandı – Kriminal xəbər

cinayetkarlar-yaxalandi-kriminal-xeber
Oxunma sayı: 681

Yanvarın 15-də Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Umbayev Bakı şəhər sakini Vadim Məmmədova məxsus Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzindəki mağazanın kassasından 520 manatı götürüb qaçarkən yaxalanıb Qaradağ RPİ 10-cu PB-yə təhvil verilib.

Yanvarın 15-nə keçən gecə Bakı şəhər sakini Fərrux Sadıxova məxsus Şıxlınıski küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə ərzaq malları oğurlanıb. Xətai RPİ CAŞ və 35-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini Azər Hüseynov, Şəmkir rayon sakini Abdulla Ələsgərli və Bakı şəhər sakini Toğrul Məmmədov yanvarın 15-də yaxalanıblar.

Yanvarın 15-i saat üç radələrində Binəqədi qəsəbə sakini Sakit Kərimova məxsus «VAZ-2107» markalı avtomobil yaşadığı evin qarşısından qaçırılıb. Avtomobili qaçıranlar Binəqədi qəsəbə sakinləri Vüsal Mehdiyev və Kənan Məmmədov Suraxanı RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq aidiyyatı üzrə Binəqədi RPİ-yə təhvil veriliblər.

Yanvarın 2-si saat 16:30 radələrində Bülbül prospektində yerləşən gecə klubunda naməlum şəxslər Saatlı rayon sakinləri Nicat Talıbovun sinə nahiyəsində bıçaqla, qardaşı Muradın burnundan yumruqla vuraraq xəsarət yetiriblər. Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri Toğrul Dəmirov, Famil Hacıyev, Məhəmməd Məmmədov və Elsevər Xanlarov yanvarın 15-də yaxalanıblar.

Yanvarın 14-ü saat 20:10 radələrində Zığ yolu küçəsində Bakı şəhər sakini Rasim Əliyev idarə etdiyi «VAZ-21074» markalı avtomobili dirəyə vurub, nəticədə R.Əliyev ölmüş, sərnişini Namiq Zeynalov xəsarət alaraq 3 saylı xəstəxanaya yerləşdirilib.

Bakı şəhər BPİ NMİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində İ.Qutqaşınlı küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Nəcimə Nağıyevaya məxsus 4 kiloqram 500 qramdan artıq tiryək Lənkəran şəhərindən gəlmiş həmin şəhər sakini Kamran Axundovun taksi kimi idarə etdiyi «Mersedes» markalı avtomobilin yük yerindən aşkar edilərək götürülüb.

Yanvarın 8-də Xəqani küçəsində yaşayan Rəşad Həsənovun evindən pəncərədən keçmə yolu ilə qızıl-zinət əşyaları oğurlanıb. Binəqədi RPİ 6-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Vəliyev yanvarın 14-də yaxalanıb.

Nəsimi RPİ NMB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yardımlı rayon sakinləri Qulu Məmmədovdan 13 qramdan artıq, Məmməd Məmmədovdan 67 qramdan artıq və Cəlilabad rayon sakini Gülverdi Cəbrayılovdan 705 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Xətai RPİ CAŞ-ın əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Natiq Orucov yanvarın 14 -də yaxalanıb.

Dekabrın 21-də Ələt qəsəbəsi, dəniz kənarında qəsəbə sakini Oruc Ağayevə məxsus qayığın mühərriki oğurlanıb. Qaradağ RPİ 11-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ələt qəsəbə sakini Ceyhun Şahbazov və Massalı rayon sakini Həsənağa Xuduyev yanvarın 15-də tutulublar.