Cinayətlərin sayı açıqlandı

cinayetlerin-sayi-aciqlandi
Oxunma sayı: 649

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 2287 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 529 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 448 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 491 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 530 vergi ödəyicisi tərəfindən 850 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 110 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 88 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 2146 ədəd mal olduğu aşkarlanıb.

Aşkar olunan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.